Tramp narahatlığını DİLƏ GƏTİRDİ: "Maskla münasibətimi pozmağa cəhd edirlər"

Ağ Ev rəhbəri Donald Tramp bildirib ki, ABŞ kütləvi informasiya vasitələri yeni yaradılmış Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla onun münasibətlərini pozmağa çalışır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ lideri "Fox News" telekanalına eksklüziv müsahibəsində danışıb.
"Mən mətbuatın bu cür hərəkətlərini daim müşahidə edirəm. İlon mənə zəng edib dedi: "Bilirsiz, onlar bizi bir-birimizə qarşı qoymağa çalışırlar". Mən ona cavabında dedim: "Tamamilə doğrudur", - Tramp söhbətin təfərrüatlarını bölüşüb.
ABŞ prezidenti xatırladıb ki, jurnalistlər dəfələrlə guya fövqəladə xəbərlər dərc ediblər ki, o, ölkənin idarəçiliyini Maska həvalə edib, bəzi məqalələrdə isə hətta DOGE rəhbərini "prezident" adlandırıblar.
"Onlar bunu çox pis edirlər. Mən düşünürdüm ki, onlar bu məsələlərdə güclüdürlər, amma əslində zəifdirlər", - deyə Donald Tramp medianın onun Maskla münasibətlərini pozmaq cəhdlərini ironiya ilə qiymətləndirib.
ABŞ lideri əmin olduğunu bildirib ki, ölkəsinin vətəndaşları bu cür materiallar dərc edən nəşrlərin həqiqi məqsədlərini yaxşı başa düşürlər.
Oxşar xəbərlər
Fanatı bu hərəkəti ilə Hadiseni şoka saldı
Müğənni Hadisenin ötən gün Bursada baş tutan konserti bir sıra məqamlarla yadda qalıb. BAKU.WS xəbər verir ki, bunlardan biri ifaçının səhnədə göstərdiyi rəqs...
