Tramp: İranda artıq məntiqli rəhbərlik var
ABŞ Prezidenti Donald Tramp İranda hazırda rasional rəhbərliyin formalaşdığını bəyan edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.
"İranda indi rasional rəhbərlik var", – deyə Tramp bildirib.
Bununla yanaşı, ABŞ lideri xəbərdarlıq edib ki, Tehran nüvə silahı əldə etməyə cəhd göstərərsə, ölkə ağır nəticələrlə üzləşəcək.
Tramp həmçinin qeyd edib ki, hazırda diqqətini əsasən Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına yönəldib. Onun sözlərinə görə, bu mərhələdə İran məsələsi ikinci plana keçib və Moskva ilə Kiyev sülh sazişi imzalamalıdır.
Qeyd edək ki, iyunun 19-da İsveçrədə ABŞ və İran arasında nüvə proqramı və sanksiyalarla bağlı danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı
Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial tə...