Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi planlaşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq olunan sanksiyaların ləğv ediləcəyini açıqlayıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Tramp bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş zamanı danışıb.
ABŞ lideri bildirib ki, məsələ ilə bağlı Dövlət katibi Marko Rubio ilə fəal şəkildə iş aparılır.
"Türkiyəyə qarşı tətbiq olunan sanksiyaları aradan qaldıracağıq. Düşünürəm ki, bunun vaxtı çatıb. Dost ölkələrə qarşı belə məhdudiyyətlərin tətbiq edilməsini istəmirik. Sanksiya tətbiq ediləcək kifayət qədər başqa şəxslər var", – deyə Tramp bildirib.
ABŞ Prezidenti çıxışında Suriyadakı vəziyyətə də toxunaraq Vaşinqtonun ölkənin yeni rəhbərliyi ilə münasibətlərinin müsbət olduğunu qeyd edib.
Tramp əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Suriya istiqamətində uğurlu əməkdaşlıq həyata keçiriblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...