Tramp: ABŞ hərbçiləri İran sərhədləri yaxınlığında qalacaq
ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri İran yaxınlığında əldə olunmuş razılaşma tam şəkildə yerinə yetirilənədək bölgədə qalacaqlar.
BAKU.WS xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp bildirib ki, ABŞ-nin bütün gəmiləri, təyyarələri və şəxsi heyəti, əlavə sursat və silahlarla birlikdə yerlərində qalacaq. Bu vəziyyət razılaşma tam icra olunana qədər davam edəcək.
Məlumata görə, aprelin 8-nə keçən gecə ABŞ ilə İran arasında iki həftəlik atəşkəs barədə razılıq əldə olunub. Razılaşma Trampın Tehrana "tam məhv" hədəsi ilə çıxış etdiyi ultimatumun başa çatmasına bir saat qalmış imzalanıb.
Elə həmin gün İran ABŞ və İsraili atəşkəsi pozmaqda ittiham edib və Hörmüz boğazının yenidən bağlandığını açıqlayıb. Tehran bildirir ki, Vaşinqtonla əldə olunan razılaşmaya Livanda atəşin dayandırılması da daxil idi, lakin İsrail ordusu "Hizbullah"a qarşı əməliyyatları davam etdirib.
Oxşar xəbərlər
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
İran İslamabad memorandumu üzrə öz öhdəliklərinin icrasını dayandırıb. "Report" xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər ü...