Texasda 80 nəfər SpaceX-ə qarşı məhkəməyə müraciət edib
ABŞ-nin Texas ştatında yaşayan 80 ev sahibi raket sınaqları nəticəsində yaranan güclü səs partlayışlarının yaşayış evlərinə zərər vurduğunu iddia edərək SpaceX şirkətinə qarşı kollektiv iddia qaldırıb.
BAKU.WS xəbər verir ki, iddia 2023-cü ilin aprelindən 2025-ci ilin oktyabrınadək keçirilmiş 11 raket sınağını əhatə edir. Şikayətçilər şirkəti "ağır səhlənkarlıq" və "icazəsiz müdaxilə"də ittiham edirlər.
İddia ərizəsində qeyd olunur ki, raketlərin buraxılışı və geri enişi zamanı yaranan yüksək intensivlikli səs dalğaları evlərdə uzunmüddətli təsir yaradıb. Bildirilir ki, səs sürətini aşan bu partlayışlar güclü olduqda şüşələrin sınması kimi fiziki zərərlərə səbəb ola bilər.
Sakinlər 2023-cü ildə həyata keçirilmiş Starship raket buraxılışını xüsusi vurğulayaraq, 33 mühərrikli qurğunun yaratdığı gücün start meydançasına ciddi ziyan vurduğunu və qalıqların təxminən 1,2 kilometr uzağa səpələndiyini iddia edirlər.
Müraciətdə konkret zərərin məbləği açıqlanmasa da, evlərin divarları, pəncərələri və dam örtüyündə zədələrin yarandığı qeyd olunur. Şikayətçilər şirkətdən kompensasiya tələb edirlər.
Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası 2025-ci ildə SpaceX-ə Cənubi Texasdan ildə 25-ə qədər raket buraxılışı üçün icazə verib. Bu, əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Şirkətin bölgədə fəaliyyəti genişlənməkdə davam edir.
Oxşar xəbərlər
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum etdi, beş nəfər həlak oldu
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib. BAKU.WS "TASS"a istinadən xəbər verir ki, mülki yük daşıyan gəmilər Omanın Xasab limanından İran sahillərinə do...