Şakiradan ETİRAF: "Övladlarım sayəsində həyatdayam"
12 illik sevgilisi Jerar Pike ilə qalmaqallı şəkildə ayrılan müğənni Şakira şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, sənətçi sevgilisi ilə ayrıldığı zaman çətin günlər yaşadığını və bunun övladları sayəsində öhdəsindən gəldiyini vurğulayıb.
48 yaşlı ifaçı bu barədə "BBC"yə müsahibəsində bildirib.
"Onları o ekranda görəndə və səslərini eşidəndə ürəyim gedir. Onlar mənim üçün hər şeydir. Həyatımın qaynağıdırlar, həyatımın səbəbidirlər. Buna görə də hər gecə onları səhnədə görmək çox dəyərli bir andır... Konsert verəndə onlar bir az stressə düşürlər, çünki mənim üçün hər şeyin mükəmməl olmasını istəyirlər. Onlar həmişə narahat olurlar: "Ana, necə oldun? Sən yaxşısan? kimi. sözzlər söyləyirlər. Onlar sayəsində həyatdayam" - deyə, Şakira qeyd edib.
Xatırladaq ki, Şakira ilə Pikenin iki övladı var. Milan 12, Saşa isə 10 yaşındadır.
Qalereya
Oxşar xəbərlər
İsrail ordusu İranda 50 hədəfin vurulduğunu açıqlayıb
İsrail Müdafiə Ordusu son 24 saat ərzində İranda 50 hədəfə zərbələr endirildiyini bəyan edib. BAKU.WS xəbər verir ki, məlumatı İsrail ordusu sosial şəbəkələrdə...