Rusiyalı generalın öldürüldüyü terror aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Rusiyalı generalın öldürüldüyü terror aktının ANBAAN GÖRÜNTÜLƏRİ
Video
Dünya 437

Rusiyanın paytaxtı Moskvanın Ryazanskiy prospektində Radioloji, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RKBM) rəisi İqor Kirillov və onun köməkçisinin qətlə yetirildiyi terror aktının görüntüləri ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, general-leytenant İqor Kirillov və onun köməkçisi İlya P.-yə qarşı törədilən partlayış nəticəsində yalnız onların sürücüsü sağ qalıb.

Hadisə baş verən anda sürücü xidməti avtomobilin sükanı arxasında olub.

Hücumun icraçıları uzaqdan idarə olunan partlayıcı qurğunu aktivləşdiriblər. Partlayış general Kirillov və köməkçisi binanın girişindən çıxdığı zaman baş verib.

Təhlükəsizlik kameralarından əldə olunan görüntülərdə, kişilərdən birinin yaxınlıqda park edilmiş elektrik skuteri tərəfə baxdığı görünür. Ehtimal olunur ki, partlayıcı mobil telefon zəngi ilə işə düşüb.

Sürücü "Toyota Camry"nin salonunda qalaraq partlayış dalğasından xəsarət alıb. Onun üz və əlləri şüşə qırıntıları ilə yaralanıb, eyni zamanda kontuziya keçirib.

Son xəbərlər