Rusiya FTX-si Pavel Durovu beynəlxalq axtarışa verib
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) "Telegram"ın yaradıcısı Pavel Durovun beynəlxalq axtarışa verildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, FTX-nin məlumatına görə, "Telegram" administrasiyası Rusiya qanunvericiliyinin tələblərinə baxmayaraq, Ukrayna xüsusi xidmət orqanları, eləcə də terrorçu və ekstremist təşkilatlar tərəfindən istifadə olunduğu iddia edilən kanal, çat və botları silməyib.
Qurumun iddiasına əsasən, həmin platformalar vasitəsilə Rusiya ərazisində diversiya və terror aktlarının, kütləvi qətllərin koordinasiyası həyata keçirilib, həmçinin kiberdələduzluq fəaliyyəti təşkil olunub. Bildirilir ki, bu hadisələr nəticəsində çoxsaylı insan həlak olub və milyardlarla rubl məbləğində maddi ziyan dəyib.
Qeyd olunub ki, Pavel Durovun fəaliyyəti hələ fevral ayından terrorçuluğa yardım ittihamı üzrə cinayət işi çərçivəsində araşdırılır. Rusiya tərəfi iddia edir ki, 2022-ci ildən bəri "Telegram" vasitəsilə törədilən cinayətlərin sayı 153 mini ötüb, onlardan 33 mini terror və ekstremizm yönümlü olub.
Rusiya tərəfinin səsləndirdiyi bu iddialarla bağlı Pavel Durov və ya "Telegram" administrasiyası hələlik rəsmi açıqlama verməyib.
Oxşar xəbərlər
Azərbaycan "Ukrayna Dəmir Yolları"nın fəaliyyətini dəstəkləmək üçün 40 ton avadanlıq göndərib
Ukraynanın Energetika Nazirliyi Azərbaycanın "Ukrayna Dəmir Yolları"nın işini dəstəkləmək üçün 40 tona yaxın avadanlıq təhvil verdiyini bildirib. BAKU.WS report...