Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu yaxın zamanda Ermənistana səfər edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki,bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan Oana-Silvia Toiu ilə telefon danışığının yekunlarına dair "X" sosial şəbəkəsində məlumat yayıb.
"Rumıniyalı həmkarımla telefon danışığında biz Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş təşəbbüsləri, eləcə də ikitərəfli gündəliyimizin genişləndirilməsini müzakirə etdik. Hər ikimiz iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Yaxın zamanda sizi İrəvanda salamlamaq imkanını səbirsizliklə gözləyirəm", - Mirzoyanın paylaşımında deyilir.
Oxşar xəbərlər
Kiyevin şimalına PUA hücumları davam edir
Ukraynada Kiyev vilayətinin şimal qəsəbələrinə Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə hücumları davam edir. BAKU.WS report-a istinadən xəbər verir ki, bu...