Roblox-da dəhşətli hadisə! ikinci sinif qızına...

Roblox-da dəhşətli hadisə! ikinci sinif qızına...
Dünya 221

Rusiyada pedofil oyunçuya görə Roblox-u qadağan etməyə çağırdılar.

BAKU.WS SHOT Telegram kanalına istinadən xəbər verir ki, Roblox oynayarkən pedofilin təcavüzü ilə üzləşən Tomskdan olan ikinci sinif şagirdi ilə bağlı məlumat yayılıb.

Telekanalın məlumatına görə, qızın anası oyunun Rusiyada qadağan olunmasını istəyib.

Tomskdan olan ikinci sinif şagirdi yayda Roblox oynamağa başlayıb. Oyunda o, özünü Sankt-Peterburqdan olan 21 yaşlı Oleq kimi təqdim edən başqa bir oyunçu ilə tanış olub. "Oleq" məktəbli qızdan telefon nömrəsini soruşub. Daha sonra ona cinsiyyət orqanının şəklini göndərib.

"Oleq" qızdan oyunda istifadə olunan ianə müqabilində özünün intim şəkillərini ona göndərməsini xahiş edib.

Məktəbli qız qorxub və hər şeyi anasına danışıb. Qadın telefonunu qızının əlindən alaraq oyunun Rusiyada qadağan olunmasını tələb edib. Onun polisə müraciət edib-etmədiyi açıqlanmır.

Qeyd edək ki, Roblox istifadəçilərin öz oyunlarını yarada və başqalarının yaratdığı oyunları oynaya biləcəyi onlayn oyun platformasıdır. Platforma uşaqlar və yeniyetmələr arasında populyardır.

Son xəbərlər