Roblox-a qarşı istintaq başladıldı
ABŞ-nin Florida ştatının baş prokuroru Ceyms Utmeyer uşaqların təhlükəsizliyini təhdid etdiyi iddiası ilə onlayn oyun platforması Roblox haqqında cinayət istintaqı başladıb.
BAKU.WS xəbər verir ki, baş prokuror bildirib ki, platforma "uşaq istismarcıları üçün münbit mühitə çevrilib" və şirkət bu halların qarşısını almaqda aciz qalıb. O, "X" sosial şəbəkəsində yayımladığı videoda Roblox-un "uşaqlardan qazanc əldə edərkən onları qorumaqda uğursuz olduğunu" vurğulayıb.
Roblox nümayəndələri isə "Reuters"ə açıqlamalarında platformada şəkil və video paylaşımına icazə verilmədiyini, şəxsi məlumatların ötürülməsini əngəlləyən filtrlərin tətbiq olunduğunu bildiriblər. Şirkət, həmçinin yaş təsdiqi sisteminin yaxın vaxtlarda bütün istifadəçilər üçün aktiv ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Roblox daha əvvəl də uşaqların təhlükəsizliyi ilə bağlı müxtəlif ştatlarda məhkəməyə verilib və son illərdə təhlükəsizlik qaydalarını sərtləşdirib.
Oxşar xəbərlər
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". BAKU.WS Oxu.az-a istinadən xəbər veri...