Robert Fitso: "Slovakiya Azərbaycandan svop qaz tədarükünü müzakirə edir"
Slovakiya Ukraynada sülh danışıqlarının Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitini bərpa etməyə imkan verəcəyinə ümid edir, lakin qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparır.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso deyib.
"Danışıqlar aparırıq, ilk növbədə Azərbaycanla. Çünki svop qaz tədarükünü təşkil etməyə çalışırıq. Bu, bir çox texniki çətinliklərlə müşayiət olunur, ona görə də ümid edirəm ki, sülh danışıqları Ukrayna ərazisindən standart qaz tranzitinə yol açacaq", - deyə R.Fitso bildirib.
Xatırladaq ki, daha əvvəl o, Ukraynadan qaz tranziti olmadan Avropanın rəqabətədavamlı qala bilməyəcəyini, ona görə də Slovakiyanın onun bərpası üçün axtarışları davam etdirəcəyini vurğulamışdı.
Oxşar xəbərlər
ABŞ-də 60 il sonra görünən parazit başqa vilayətdə də yayılıb
ABŞ-də uzun illər sonra yenidən ortaya çıxan "Yeni Dünya vida qurdu" (NWS) paraziti yeni ştatda da aşkar edilib. BAKU.WS xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Na...