Qəhvəyi rəngdə qar yağdı - SƏBƏB...
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Muş vilayətində yağan yağış İraq üzərindən gələn toz buludları ilə birləşərək maraqlı mənzərə yaradıb. Toz daşınımının təsiri nəticəsində ərazidəki bəyaz qarın səthi qəhvəyi rəngə çevrilib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, meteoroloji xəbərdarlıqlardan sonra müşahidə olunan qar yağışı zamanı İraq mənşəli toz hissəcikləri qar dənəciyinə qarışaraq qar örtüyünün üzərinə çöküb. Nəticədə sakinlərin "qəhvəyi qar" adlandırdığı görüntülər yaranıb.
Sakinlərdən Şəmsəddin Çəlik bildirib ki, bu hadisə bölgədə baharın gəlişinin əlaməti kimi qəbul olunur. Onun sözlərinə görə, yerə yağan toz qədimdən yazın yaxınlaşmasının göstəricisi sayılıb.
Oxşar xəbərlər
Rusiya və Ukraynadan əsir mübadiləsi ilə bağlı razılıq
Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən danışıqlarda genişmiqyaslı əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. BAKU.WS xəbər verir ki, bu bar...