Qazaxıstan səmasında naməlum uçan obyektlər - ANBAAN VİDEO
Ötən gün axşam saatlarında Astana səmasında uçan parlaq və sirli obyektlər müşahidə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Kaztag.kz" agentliyi məlumat yayıb.
Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi hadisəni şərh edərək bildirib ki, buna səbəb əvvəllər buraxılmış kosmik obyektlərdən birinin atmosferə daxil olması ola bilər.
Departamentin məlumatına görə, bu, Çinin ZQ-2E raketinin gücləndirici bloku, SpaceX-dən STARLINK-1631 peyki və ya Yaponiyanın H-2A R/B raketinin hissəsi ola bilər.
Rəsmilər dəqiqləşdirib ki, Qazaxıstan ərazisində dağıntı və tələfat qeydə alınmayıb. Agentlik bildirir ki, adətən belə obyektlər atmosferə daxil olduqdan sonra yanır və əhali üçün təhlükə yaratmır.
Oxşar xəbərlər
Tramp "Amerikanı xilasetmə" qanun layihəsini təqdim edib
ABŞ prezidenti Donald Tramp "Amerikanı xilasetmə" adlı yeni qanun layihəsini təqdim edib. BAKU.WS xəbər verir ki, bu barədə o, özünün Truth Social hesabında m...