Qadın gənə dişləməsi nəticəsində 16 barmağını itirdi

Qadın gənə dişləməsi nəticəsində 16 barmağını itirdi
Dünya 3272

Cənubi Afrika Respublikasının (CAR) Şimal-Qərb əyalətində yaşayan Katrin Abbott-Kutse, gənə dişləməsi nəticəsində yaranan qanqrena səbəbindən 16 barmağını itirib.

BAKU.WS xəbər verir ki, o, başına gələnləri "Need To Know" nəşrinə danışıb.

2013-cü ilin dekabrında Katrin əlində naməlum bir dişləmə izi ilə oyanıb. Əvvəlcə bunun adi bir ağcaqanad dişləməsi olduğunu düşünüb və narahat olmayıb. Lakin iki gün sonra huşunu itirərək xəstəxanaya çatdırılıb. Həkimlər onun ensefalit gənəsi tərəfindən dişləndiyini müəyyənləşdirib. Bu hadisə qadının orqanlarının fəaliyyətini tədricən dayandırmasına və toxuma nekrozuna səbəb olub.

Dörd aylıq müalicədən sonra Katrin 16 barmağını amputasiya etdirmək məcburiyyətində qalıb və xəstəxanadan evə buraxılıb. Protezlərdən istifadə etməyə başlasa da, bədən üzvlərinin itirilməsi onun psixoloji sağlamlığına ciddi təsir edib və nəticədə həyat yoldaşı ilə ayrılıb.

2022-ci ildə Katrin, təxminən 45 il əvvəl ayrıldığı məktəb dostu ilə yenidən görüşüb və onunla münasibət qurub. Qadın bildirib ki, sevgilisi ona yenidən gülməyi öyrədib, çünki amputasiyadan sonra bu bacarığını itirmişdi. Hazırda 60 yaşında olan Katrin, nəhayət, özünü qəbul etməyi və barmaqsız həyata uyğunlaşmağı bacardığını deyib.

Son xəbərlər