Putin ABŞ-nin yeni administrasiyası ilə Ukrayna məsələsində dialoqa hazır olduğunu açıqlayıb
Rusiya ABŞ-nin yeni administrasiyası ilə Ukrayna üzrə dialoqa hazırdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz Ukrayna məsələsində ABŞ-nin yeni administrasiyası ilə dialoqa açığıq. Burada ən mühüm məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır", - o, yanvarın 20-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.
"Vəziyyətin həllinə gəlincə, bir daha vurğulamaq istərdim: onun məqsədi qısamüddətli atəşkəs olmamalı, qüvvələrin yenidən qruplaşması və yenidən silahlanması üçün bir növ möhlət yox, uzunmüddətli xarakter daşımalıdır", - Putin əlavə edib.
Oxşar xəbərlər
Putin 2027-ci il seçkilərinə müdaxilə etməyə çalışacaq- Fransa XİN başçısı
Fransanın xarici işlər naziri Jan-Noel Barro Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ildə Avropada keçiriləcək seçkilərdə seçicilərin seçiminə təsir göstərmə...