Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
ABŞ Kosmik Qüvvələri və "SpaceX" şirkəti hava hədəflərinin kosmosdan aşkarlanması və müşayiət edilməsi üçün nəzərdə tutulan orbital aparatlar qrupunun yerləşdirilməsinə dair 4,16 milyard dollar dəyərində müqavilə imzalayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kosmik Qüvvələrin mətbuat xidmətindən bildirilib.
"SpaceX"in gələcək peyk qrupu ABŞ Kosmik Qüvvələrinin Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin iştirakı ilə həyata keçirdiyi "Kosmik Bazalı Hava Hərəkətli Hədəf Göstəricisi" proqramı çərçivəsində yaradılır.
Komandanlığın bəyanatına görə, kosmik aparatlar mövcud hava müşahidə vasitələrinə əlavə olacaq. Onlara indiyədək yerüstü radiolokasiya stansiyaları və uzaq məsafədən radiolokasiya aşkarlama təyyarələri tərəfindən yerinə yetirilən funksiyalar həvalə edilir.
Müqavilənin şərtlərinə əsasən, "SpaceX" peyk qrupunu 2028-ci ilədək yerləşdirməlidir. Kosmik Qüvvələrinin komandanlığı qrupa daxil olacaq aparatların dəqiq sayını açıqlamayıb.
Peyklərin həmçinin "Qızıl günbəz" raket əleyhinə müdafiə sisteminin yaradılması proqramı kontekstində raket buraxılışlarının izlənilməsi üçün istifadə olunacağı gözlənilir.
Oxşar xəbərlər
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır
Vaşinqton yaxın iki-üç il ərzində bir sıra silah növlərinin istehsalını bir neçə dəfə artırmağı planlaşdırır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu bar...