Pavel Durovun həyat yoldaşından ilk açıqlama
"Telegram"ın yaradıcısı Pavel Durovun Fransada həbsindən sonra Yuliya Vavilova ilk dəfə açıqlama verib.
BAKU.WS xəbər verir ki, o bu barədə instaqram hesabında bildirib.
Durovun yoldaşı dəstəyə görə hamıya təşəkkür edib və ictimai məkanda yalan məlumatların mövcud olduğunu qeyd edib. Vavilova daha əvvəl əlaqə saxlaya bilmədiyinə görə də üzr istəyib.
Durov avqustun 24-də axşam iş adamı Fransadakı "Le Bourget"hava limanında özəl təyyarədən enərkən saxlanılıb. "Telegram"ın qurucusu həmin vaxt Azərbaycandan gəlib.
İş adamı altı cinayətdə ittiham olunurdu. O avqustun 28-də həbsdən azad edilib.
Oxşar xəbərlər
Türkiyənin F-35 planında yeni ssenari: S-400-lər üçüncü ölkəyə satıla bilər
Türkiyənin ABŞ-nin F-35 döyüş təyyarələri proqramına yenidən qoşulması üçün Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə satılması...