Osman Sınavla vida mərasimində təsirli anlar yaşandı
Bu gün türkiyəli məşhur rejissor Osman Sınavla vida mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, onu son mənzilə yola salmağa gələnlər arasında ailə üzvləri, yaxınları və tanınmış aktyorlar olub.
Aktyor Kenan İmirzalıoğlu da vida mərasiminə qatılıb. O atasının vəfatına görə göz yaşları axıdan Yusuf Ömer Sınavı təsəlli etməyə çalışıb. Həmin an aktyor özü də ağlayıb.
Vida mərasimindən lentə alınan kadrlar sosial şəbəkələrdə yayılaraq izyləyicilərin də göz yaşına səbəb olub.
Xatırladaq ki, Osman Sınav iki gün əvvəl 69 yaşında vəfat edib. O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
O "Kurtlar vadisi", "Acı hayat", "Deli yürek", "Sen anlat Karadeniz", "Ekmek teknesi" kimi məşhur serialların rejissoru olub.
Oxşar xəbərlər
Türkiyədə 5,4 ballıq zəlzələ olub, yollarda çat əmələ gəlib
Türkiyənin Şanlıurfa vilayətində baş verən 5,4 maqnitudalı zəlzələdən sonra Diyarbəkirdə bəzi yollarda çatlar əmələ gəlib. BAKU.WS xəbər verir ki, bu barədə "Ha...