Naci Görürdən Türkiyənin bu ərazisi ilə bağlı 7 ballıq zəlzələ XƏBƏRDARLIĞI
"Çanakkale zəlzələyə davamlı şəhər deyil. Onun yerləşdiyi ərazi zəlzələyə meyillidr. Özünüzü aldatmayın. Hər bir qırılma xətti 7 və daha çox bal gücündə zəlzələyə səbəb ola bilər".
BAKU.WS xəbər verir ki, bu sözləri türkiyəli məşhur seysmoloq Naci Görür deyib.
O bu barədə Çanakkale Ticarət və Sənaye Palatası tərəfindən keçirilən "Çanakkalın zəlzələyə davamlılığı" adlı konfransda çıxışı zamanı bildirib.
Daha sonra seysmoloq "Çanakkalenin möhkəm olduğu yer şimalda və cənubda dağlıq ərazilər, daha köhnə qayaların olduğu yerlərdir. Şimali Anadolu və Marmara bölgələrində zəlzələ gözlənilir. Siz bu iki qolun ortasında, üstəlik zəlzələyə meyili yerdə oturursunuz" deyə əlavə edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır"
Ermənistan və ABŞ yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini yekun olaraq...