Naci Görür Türkiyədə baş verən güclü zəlzələdən danışıb
Türkiyəli seysmoloq, professor Naci Görür Malatyada baş verən 5.9 bal gücündəki zəlzələdən sonra açıqlama verib.
BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında etdiyi paylaşımla narahatlığa heç bir əsas olmadığını deyib:
"6 Fevral 2023 zəlzələlərinin enerjisinin bu faya köçürülməsinin nəticəsidir. Heç bir narahatlıq yoxdur".
Zəlzələdən sonra seysmoloq Şükrü Ersoydan da diqqət çəkən bir qiymətləndirmə gəlib. Saeysmoloq bu zəlzələnin fevralın 6-da baş verən zəlzələlərin davamı olmadığını vurğulayıb.
"Bu zəlzələ başlı başına müstəqil bir zəlzələdir. Kale bölgəsinə yaxın bir yerdə, DAF ilə Malatya fayı arasında meydana gəldi", deyə o qeyd edib.
Oxşar xəbərlər
Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır"
Ermənistan və ABŞ yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini yekun olaraq...