Mark Zukerberq Ağ Evdən çıxarılıb
Meta şirkətinin qurucusu və rəhbəri Mark Zukerberq Ağ Evin Oval kabinetindən sərt şəkildə çıxarılıb.
BAKU.WS xəbər verir ki, NBC News-un məlumatına görə, hadisə ABŞ Prezidenti Donald Trampın hərbçilər və mühəndislərlə birlikdə yeni F-47 qırıcı təyyarəsi barədə müzakirə apardığı vaxt baş verib.
Markın bu iclasa dəvət olunmadığı və məxfi məlumatlara çıxışı olmadığı üçün administrasiya əməkdaşları onu kabinetdən çıxararaq gözləmə otağında gözləməsini istəyib.
Hadisə ABŞ-də qalmaqala səbəb olub. Rəsmilər Zukerberqin məxfi məlumatlara çıxış əldə edə biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Eyni zamanda, Trampla görüş üçün növbə gözləyən şəxslər Zukerberqin razılaşdırılmadan və növbədənkənar prezidentin kabinetinə daxil olmasına etiraz bildiriblər.
Bu hadisə texnologiya şirkətləri ilə siyasi dairələr arasında gərginliyin davam etdiyini və dövlət sirrlərinə çıxışın harada bitdiyini yenidən gündəmə gətirib.
Oxşar xəbərlər
ABŞ ordusu bu gecə İrana zərbələr endirib
ABŞ ilə İran arasında gərginlik yenidən hərbi mərhələyə keçib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında üç kommersiya gəmisinə e...