Malayziyaya məxsus tanker Hörmüz boğazından təhlükəsiz şəkildə keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Malayziya Xarici İşlər Nazirliyi bildirib ki, əvvəllər Hörmüz boğazında qalan Malayziyaya məxsus yeddi kommersiya gəmisindən biri təhlükəsiz keçid üçün icazə alaraq artıq son təyinat istiqamətində hərəkət edir.
BAKU.WS "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu müsbət nəticə yüksək səviyyəli diplomatik təmaslardan sonra əldə olunub.
Bildirilib ki, bu çərçivədə Malayziyanın baş naziri Ənvər İbrahim ilə İran Prezidenti Məsud Pezeşkian arasında ötən ay telefon danışığı baş tutub.
Rəsmi açıqlamada gəminin adı, yük daşıyıb-daşımadığı və son təyinat məntəqəsi barədə məlumat verilməyib.
İranın Kuala-Lumpurdakı səfirliyi isə sosial şəbəkə hesabında bazar ertəsi paylaşım edərək ilk Malayziya gəmisinin boğazdan keçdiyini təsdiqləyib.
Oxşar xəbərlər
Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI
2025-ci ildə dünya üzrə kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan gəlirlər 1,6 trilyon dollar təşkil edib. ABŞ və Braziliya qlobal bazarın əsas ixra...