KTMT Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd almayıb
04
dek
2024
20:58
Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanla KTMT arasında münasibətlərin dönüşü olmayan nöqtədə olduğunu deyərkən nəyi nəzərdə tutduğu məlum deyil.
"Report" xəbər verir ki, bu barədə "NEWS.ru"ya diplomatik mənbə bildirib.
"KTMT-yə Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd daxil olmayıb. Paşinyanın nədən danışdığını heç kim bilmir", - o deyib.
Xatırladaq ki, daha əvvəl Paşinyan İrəvanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan həddə çatdığını bildirib. Onun sözlərinə görə, təşkilata qayıtmaq demək olar ki, mümkünsüz hal alıb.
Oxşar xəbərlər
Livanda matəm elan olundu, "Hizbullah" İsrailə cavab zərbəsi endirdi
Livan hökuməti aprelin 9-nu ölkə üzrə ümummilli matəm günü elan edib. BAKU.WS xəbər verir ki, qərar Baş nazir Nəvaf Salam tərəfindən İsrailin son hücumları nət...