30 dollara alınan bu əsər 1,35 milyon dollara satıldı

30 dollara alınan bu əsər 1,35 milyon dollara satıldı
Foto
Şou-biznes 195

ABŞ-də hamını təəccübləndirən qəribə olay yaşanıb.

BAKU.WS "CBS News"a istinadən xəbər verir ki, bir kolleksiyaçı 30 dollara aldığı əsəri hərracda dəyərindən qat-qata baha qiymətə, yəni 1,35 milyon dollara satıb.

Bununla da o sərvət qazanıb. Sözügedən əsər Çikaqolu rəssam Gertruda Aberkrombinin 1951-ci ildə çəkdiyi "Alderman Merriam's Balıqqulağı" əsəridir.

İncəsənət nümunəsi 1952-ci ildə tibbi xidmət müqabilində Miçiqan ştatının Kalamazu şəhərindən olan bir həkimə verilib və sonuncu dəfə 1953-cü ildə Çikaqo Dizayn Mərkəzində nümayiş etdirilməzdən əvvəl Nyu-York , Çikaqo , Miluoki və Evanstonda sərgilənib.

30 dollara alınan bu əsər 1,35 milyon dollara satıldı

Bundan sonra əsər yoxa çıxıb.

Kalamazuda qaraj satışlarında vinil valları axtaran bir kolleksiyaçı onu mebellərin arasında görüb. Tablonun arxasına baxanda rəssamın adı tanış gəlib. O, demək olar ki, əsəri pulsuz yəni, cəmi 30 dollara əldə edib.

Bu əsər satılandan sonra rəssam Aberkrombinin əsərləri üçün yeni hərrac rekordu hesab olunub.

Mütəxəssislər qeyd edirlər ki, əsər rəssamın sürrealizmə meyl etməyə başladığı dövrdə onun karyerasında dönüş nöqtəsini əks etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər