Rüfət Axundov anasının "Müəllimlər Günü"nü təbrik etdi

Rüfət Axundov anasının Müəllimlər Gününü təbrik etdi
Foto
Şou-biznes 62

Müğənni Rüfət Axundov anası Ruhəngiz xanımı "Müəllimlər Günü" münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, bu barədə Rüfət sosial şəbəkə hesabında paylaşım edib. Sənətçi anası ilə fotosunu paylaşaraq ona bu xüsusi gündə xoş sözlərini bildirib.

Rüfət Axundov həmçinin bildirib ki, anası onun ilk müəllimi olub:

"Bu gün mənim üçün sadəcə Müəllimlər Günü deyil. Mənim ilk müəllimim, həyatdakı ən böyük yol göstərən və ən dəyərli insan olan anamın günüdür. Bir vaxtlar məktəbdə mənə müəllimlik edən anam, bu gün də həyatımın hər addımında mənə doğru yolu göstərir. Səndən həm ana, həm də müəllim kimi öyrəndiyim hər şey üçün sonsuz təşəkkür edirəm. Müəllimlər Günün mübarək, mənim ən gözəl müəllimim, anam".

Rüfət Axundov anasının

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər