Biran Damla Yılmaz Aybüke Pusatı izləmədən çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli aktrisa Biran Damla Yılmazın sosial media hesabında etdiyi dəyişiklik diqqət çəkib. Onun keçmiş sevgilisi Abdurrahman Aydının yeni işinə dəstək verən Aybüke Pusatı izləmədən çıxardığı məlum olub.
BAKU.WS xəbər verir ki, hadisə Aybüke Pusat və sevgilisi Furkan Andıçın Aydının yeni layihəsinin tanıtımına dəstək verməsindən sonra baş verib.
Biran Damla Yılmazla Abdurrahman Aydın arasında ayrılıqdan sonra yaranan gərginlik bir müddətdir davam edir. Tərəflərin qarşılıqlı açıqlamalarından sonra məsələ hüquqi müstəviyə də daşınıb.
Aydın Yılmazın Almaniyada etdirdiyi estetik prosedurun pulunu ödəmədiyini iddia edib. Aktrisa isə bu ittihamları qəbul etməyərək keçmiş sevgilisinin ona psixoloji şiddət göstərdiyini bildirib.
Yılmazın "Halef" serialında birgə rol aldığı Aybüke Pusat və onun sevgilisi Furkan Andıçın Aydının yeni işinə dəstək verməsi isə yeni müzakirələrə səbəb olub.
Bundan sonra Yılmazın Pusatı sosial şəbəkədə izləmədən çıxarması diqqətdən yayınmayıb. Aktrisanın bu addımı sosial media istifadəçiləri arasında da müzakirə olunmağa başlayıb.
Oxşar xəbərlər
Emrah Azərbaycan xalqının Zəfər Gününü təbrik etdi
Məşhur müğənni Emrah Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, sənətçi bununla bağlı video paylaşıb. O Azərbaycan xalqını...