Qubada 19 kq narkotik aşkarlanıb
06
okt
2026
12:02
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar.
Keçirilmiş tədbirlərlə həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Laçında daha üç su elektrik stansiyası tikilir
"AzərEnerji" tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir. BAKU.WS xəbər verir ki, bu barədə "AzərEnerji"...