Ələtdə yeni hava limanı tikilir - Bu tarixdə istifadəyə veriləcək
"Ələt Azad İqtisadi Zonasında tikilməkdə olan ilk beynəlxalq yük (karqo) hava limanı 2027-ci il aprelin sonunda istifadəyə veriləcək".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, birinci mərhələdə hava limanının karqo gücü ildə 500 000 ton olacaq:
"Daha sonra tədricən artaraq ildə ən azı 2 milyon tona çatacaq. ƏAİZ daxilindəki karqo hava limanı ənənəvi gömrük rəsmiləşdirilməsi maneələrini, mürəkkəb tranzit logistikanı və ikili təyinatlı bürokratik nəzarəti aradan qaldıracaq".
Oxşar xəbərlər
Azərbaycanın BƏƏ ilə yaratdığı şirkətin illik planlaşdırılan tutumu açıqlanıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Dnata" və "Silk Way Group" şirkətləri arasında yaradılan müştərək müəssisə yeni Ələt Beynəlxalq Hava Limanında yük və yerüs...