Türkiyə millisində tarixi geriləmə - 38 il sonra eyni kabus yenidən yaşandı
Türkiyə Milli Futbol Komandası UEFA Millətlər Liqasında İtaliyaya 3:1 hesabı ilə məğlub olaraq ardıcıl 4-cü məğlubiyyətini alıb.
BAKU.WS xəbər verir ki, bu nəticə ilə "ay-ulduzlular" 1987-ci ilin oktyabrı - 1988-ci ilin martından sonra ilk dəfə ardıcıl 4 oyunda məğlub olub.
Belə ki, komanda son 7 matçın yalnız birində qələbə qazanıb, 6 oyundan isə məğlub ayrılıb.
Türkiyə 1:3 İtaliya
Türkiyə 0:3 Belçika
Türkiyə 1:4 İtaliya
Türkiyə 0:1 Fransa
Türkiyə 3:2 ABŞ
Türkiyə 0:1 Paraqvay
Türkiyə 0:2 Avstraliya
İtaliya ilə matçdan sonra Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montellanın rəhbərliyi altında 3 və daha çox qol buraxaraq məğlub olduğu oyunların sayı 7-yə yüksəlib.
Montella bununla Türkiyə millisinin tarixində 3 və ya daha çox qol buraxaraq ən çox məğlubiyyət yaşayan xarici baş məşqçilər siyahısında üçüncü pilləyə yüksəlib.
Siyahı belədir:
Sandro Puppo – 10 məğlubiyyət
Sepp Piontek – 9 məğlubiyyət
Vinçenzo Montella – 7 məğlubiyyət
İtaliya Türkiyənin tarixində üzərində qələbə qazana bilmədiyi və ən çox qarşılaşdığı rəqibdir. İki komanda indiyədək 18 dəfə üz-üzə gəlib. Bu oyunlarda Türkiyə 5 heç-heçə edib, 13 dəfə isə məğlub olub.
Türkiyə İtaliya səfərlərində də indiyədək qələbə qazana bilməyib. "Ay-ulduzlular" İtaliya ərazisində keçirdiyi oyunlarda 5 heç-heçə edib və 5 dəfə məğlub olub.
Oxşar xəbərlər
Hidayət Heydərov dünya çempionatına qələbə ilə başlayıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib. BAKU.WS "Report"-a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəs...