KİV: Vatikan Papanın dəfn mərasimində mümkün dron hücumu ilə bağlı narahatdır
Vatikan Papa Fransiskin dəfn mərasimi zamanı pilotsuz uçuş aparatlarının (PUA) mümkün hücumundan ehtiyat edir.
BAKU.WS xəbər verir ki, bu barədə "National Interest" məlumat yayıb.
"Papanın dəfn mərasimi zamanı hava təhdidlərinin qarşısını almaq üçün Vatikanın hava məkanı bağlanıb, o cümlədən bütün təyyarələrə qadağa qoyulub", - deyə nəşr qeyd edib.
Nəşrin yazdığına görə, əldəqayırma pilotsuz təyyarələr Ukraynada və Yaxın Şərqdə döyüş silahı kimi yenidən qurulan belə PUA-lar fonunda "ciddi narahatlıq" yaradıb. Müşahidəçilər Roma və Vatikanda minlərlə əsgərin olduğunu bildirdilər. Onların bəziləri dron əleyhinə silahlarla təchiz edilib.
Qeyd edək ki, Papanın dəfn mərasimi aprelin 26-da baş tutub. Vida mərasimi Vatikanın Müqəddəs Pyotr meydanında keçirilib.
Oxşar xəbərlər
Tramp növbəti dəfə Netanyahunun müdafiəsinə qalxdı
ABŞ prezidenti Donald Tramp yenidən İsrailin baş naziri Benjamin Netanyahunun müdafiəsinə qalxaraq onun əfv olunması ilə bağlı çağırış edib. BAKU.WS xəbər verir...