Kanadanın yeni baş naziri dissertasiyada plagiatda ittiham olunur

Kanadanın yeni baş naziri Mark Karni 1995-ci ildə müdafiə etdiyi iqtisadiyyat üzrə doktorluq dissertasiyasında plagiat edib.
BAKU.WS xəbər verir ki, National Post qəzetinin yazdığı məqalədə bildirilir ki, üç elmi ekspert onun "Rəqabətin dinamik üstünlüyü" adlı tədqiqat işində ən azı 10 mənbədən iqtibas gətirmədən istifadə etdiyini müəyyən ediblər.
Britaniya Kolumbiyası Universitetinin professoru Ceffri Siqalet bu barədə danışaraq deyib:
"O, mətnləri birbaşa kopyalayıb və heç bir istinad göstərməyib. Biz bunu plagiat adlandırırıq."
National Post-un jurnalistləri yazırlar ki, faktların ortaya çıxmasından sonra Karni hiddətlənib. Bununla belə, ekspertlərin fikrincə, siyasətçi bu qalmaqalın hökumətinə ciddi təsir etməyəcəyinə inanır.
Qeyd edək ki, Mark Karni 10 martda Liberal Partiyanın lideri seçilib və bununla da ölkənin baş naziri olub. O, əvvəllər Kanada Bankının rəhbəri vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Makronun demokratiya və plüralizmə zərbəsi: Le Pen niyə bütün səviyyələrdə bloklanır?
Fransa Emmanuel Makronun rəhbərliyi altında ölkədə siyasi plüralizmi və demokratik mexanizmləri kölgədə qoyan ciddi problemlərlə üzləşir. Belə ki, Paris məhkəmə...
