Kanadalı alimlər uşaq çarpayılarında zəhər yayan maddələr aşkarladılar
Kanadanın Toronto Universitetinin alimləri uşaq çarpayıları ilə bağlı araşdırmalar aparıblar.
BAKU.WS xəbər verir ki, çarpayıların istehsalı zamanı istifadə olunan sintetik parçaların zəhər yaydığı məlum olub. Bu zəhər hormon pozğunluğuna səbəb olur və beyni inkişafdan saxlayır.
Alimlər bunun üçün 4-6 yaşlı uşaqların otaqlarındakı hava axınını analiz ediblər. Otaqda 20-dən çox zəhərli kimyəvi maddəyə rast gəlindiyi açıqlanıb.
"UV" filterli parçalarda istifadə edilən kimyəvi madddələr uşaqlara mənfi təsir edir.
"Fitalat" adı verilən kimyəvi maddə isə uşaqlarda inkişafı geri salır.
"Environmental Science & Technology" jurnalında Kanada ilə yanaşı Meksika və ABŞ-də istehsal edilən uşaq çarpayılarında zəzərli kimyəvi maddələr olduğu ortaya çıxıb.
Bu səbəbdən mütəxəssislər valideynlərə 100 faiz pambıq parçadan olan çarpayılara üstünlük verməyi məsləhət görür.
Oxşar xəbərlər
KİV: Almaniya kəşfiyyatı Obama, Hillari Klinton və ABŞ hərbçilərinin telefon danışıqlarını dinləyib
Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ-nin keçmiş prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların hərbi rəsmilərinin telefon dan...