Kanada ABŞ-ni bu təşkilata şikayət etdi
Kanada hökuməti ABŞ-nin ölkədən idxal edilən mallara 25 faiz gömrük rüsumu tətbiq etməsi qərarını Dünya Ticarət Təşkilatına (DTT) şikayət edib.
BAKU.WS xəbər verir ki, DTT-nin açıqlamasına görə, Kanada ABŞ-nin Kanada mənşəli mallara tətbiq etdiyi yeni tarif tədbirləri ilə bağlı rəsmi mübahisə məsləhətləşməsi üçün təşkilata müraciət edib.
Məlumatda bildirilir ki, Kanada ABŞ-nin ölkədən idxal etdiyi mallara 25 faiz, enerji resurslarına isə 10 faiz gömrük rüsumu tətbiq etməsinin 1994-cü il Tariflər və Ticarət üzrə Ümumi Sazişinə və DTT-nin Ticarətin Asanlaşdırılması Sazişinin müxtəlif müddəalarına zidd olduğunu iddia edir.
Kanadanın bu rəsmi şikayəti 5 mart tarixində DTT üzvlərinə təqdim edilib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış ü...