İstanbulu sel vurdu, yağış suları evlərə və mağazalara doldu - İki nəfər öldü

İstanbulu sel vurdu, yağış suları evlərə və mağazalara doldu - İki nəfər öldü
Video
Dünya 184

İstanbuldakı şiddətli leysan yağışları və sel şəhərdə həyatı iflic edib.

BAKU.WS xəbər verir ki, Sarıyer də daxil olmaqla bir çox rayonda nəqliyyat vasitələri sulara qərq olub.

Güclü yağışlar səbəbindən küçə və prospektlər, yeraltı keçidlər, tunellər, mağazalar gölə dönüb. Evləri su basıb.

Bir çox avtomobil yollarda qalıb.

İstanbulu sel vurdu, yağış suları evlərə və mağazalara doldu - İki nəfər öldü

Boğazköy ərazisindəki Alibey çayının daşması nəticəsində sel suları yaxınlıqdakı məktəbin həyətinə dolub.

Nəqliyyat və İnfrastruktur Nazirliyi əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul Havalımanına eniş edə bilməyən 43 təyyarənin alternativ hava limanlarına yönləndirildiyini açıqlayıb.

İstanbul Valiliyinin verdiyi məlumata görə, Fatih rayonunun Balat məhəlləsindəki Çukurbostan parkında 14 yaşlı M.I. gölməçədə addımlayarkən onu cərəyan vurub.

Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Digər bədbəxt hadisəsi isə Sarıyer rayonunun Ayazağa məhəlləsində qeydə alınıb.

Dereboyu küçəsində yolu keçməyə çalışan 34 yaşlı S.Y. sürüşərək başını səkiyə çırpıb və su axınına düşüb.

Ətrafdakı şəxslər tərəfindən sudan çıxarılaraq xəstəxanaya aparılan şəxs həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər