İstanbul Hava Limanında yarım tona yaxın narkotik ələ keçirilib
05
apr
2025
17:17
Türkiyənin İstanbul Hava Limanında 455,2 kiloqram narkotik vasitə - kokain ələ keçirilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ticarət Nazirliyinin Gömrük Mühafizəsi qruplarını uğurlu əməliyyata görə təbrik edib və bildirib ki, zəhər tacirlərinin gözlərini açmasına imkan verilməyəcək.
Oxşar xəbərlər
Mauro İkardinin sürücülük vəsiqəsi 2099-cu ilə qədər əlindən alınıb?
Məşhur futbolçu Mauro İkardinin sürücülük hüququ müvəqqəti məhdudlaşdırılıb. BAKU.WS xəbər verir ki, Argentina Nəqliyyat Nazirliyi onun sükan arxasında çəkilən...