İsrailin XİN rəhbəri Ukraynaya rəsmi səfər edib
22
iyl
2025
21:54
Bu gün İsrailin xarici işlər naziri Gideon Saar Ukraynaya rəsmi səfərə gəlib.
BAKU.WS xəbər verir ki, səfər çərçivəsində Gideon Saar Ukrayna Prezidenti Volodimir Zelenski, ölkənin xarici işlər naziri Andrey Sibiqa, həmçinin Ukraynadakı yəhudi icmasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, bu səfər son illərdə İsraildən Ukraynaya ən yüksək səviyyəli nümayəndə heyətinin ziyarəti hesab olunur. Sonuncu belə səfər 2023-cü ilin fevralında o zamankı xarici işlər naziri, hazırda energetika naziri olan Eli Koen tərəfindən reallaşdırılmışdı.
Oxşar xəbərlər
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
Yəmənin cənubundakı Ədən şəhərində Əl-Maşiq prezident sarayının ətrafında beş partlayış baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Ara...