İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub
30
avq
2026
19:18
İran Silahlı Qüvvələri son bir həftə ərzində 30 gəminin Hörmüz boğazından lazımi razılıq olmadan keçməsinin qarşısını alıb.
BAKU.WS xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, hazırda strateji əhəmiyyətli Hörmüz boğazında gəmiçilik məhdud rejimdə davam edir. Gəmilərin boğazdan keçidi İran tərəfi ilə əvvəlcədən razılaşdırılmalı və müəyyən edilmiş rüsumlar ödənilməlidir.
İran Silahlı Qüvvələrinin icazəsiz keçid cəhdlərinin qarşısını almaq məqsədilə ərazidə nəzarəti gücləndirdiyi bildirilir.
Oxşar xəbərlər
Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub
Ukraynanın Xarkov vilayətində həlak olan hərbçilərin xatirəsinə keçirilən illik marafon zamanı Rusiya Silahlı Qüvvələrinin raket hücumu nəticəsində üç iştirakçı...