İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı

İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı
Dünya 7

İran ordusu ABŞ-nin Lark adasına endirdiyi zərbələrdən sonra Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Əl-Minhad" aviabazasında yerləşən ABŞ hərbçiləri və helikopterlərinin pilotsuz uçuş aparatları ilə hədəfə alındığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, İran ordusunun yaydığı açıqlamada hücumun Lark adasında öldürülən mülki şəxslər və hərbçilərin qisasını almaq məqsədilə həyata keçirildiyi bildirilib.

Açıqlamaya əsasən, aviabazada yerləşən ABŞ hərbçiləri və helikopterlərinə onlarla PUA ilə zərbə endirilib.

Qeyd edək ki, ABŞ ötən gecə Hörmüz boğazı yaxınlığında yerləşən Lark adasına iki zərbə endirib. Bundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ qüvvələrinin istifadə etdiyi İordaniyadakı "Müvəffəq əs-Səlti" və "Kral Hüseyn" aviabazalarının ballistik raketlərlə vurulduğunu açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər