İran müharibənin dayandırılması üçün şərtlərini açıqladı
İran ABŞ və İsrail ilə davam edən müharibənin dayandırılması üçün əsas şərtlərini açıqlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, münaqişənin sona çatması üçün Tehrana təhlükəsizlik zəmanətləri verilməli və dəyən zərərlərə görə təzminat ödənilməlidir.
BAKU.WS xəbər verir ki, o, bu barədə "Əl-Ərəbi Əl-Cədid" nəşrinə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, hazırda ABŞ və İsraillə müharibəni dayandırmaq üçün konkret təşəbbüslər hələ irəli sürülməyib.
Abbas Əraqçi həmçinin qeyd edib ki, İran indiyədək mülki obyektləri və yaşayış məntəqələrini hədəfə almayıb. Bununla yanaşı, o xəbərdarlıq edib ki, ölkənin enerji infrastrukturu hücuma məruz qalarsa, regiondakı ABŞ şirkətlərinə məxsus obyektlər cavab hədəfi ola bilər.
Oxşar xəbərlər
İran Təl-Əviv və ABŞ bazalarına hücum edib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Həqiqi vəd - 4" əməliyyatının növbəti mərhələsi zamanı İsrailin paytaxtı Təl-Əvivə, eləcə də ABŞ-ın İraq və Küveytdə...