İlon Mask sərvəti 850 milyard dolları keçdi

İlon Mask sərvəti 850 milyard dolları keçdi
Dünya 51

SpaceX və xAI şirkətlərinin birləşməsi ilə bağlı qərardan sonra İlon Maskın şəxsi sərvəti 852,5 milyard dollara çataraq yeni rekord müəyyənləşdirib.

BAKU.WS "Forbes"ə istinadən xəbər verir ki, 2024-cü ildən bu yana sərvətini dörd dəfə artıran Mask mövcud artım tempi davam edərsə, "dünyanın ilk trilyoneri" olacağı ilə bağlı proqnozlar gözləniləndən də tez reallaşa bilər.

Sərvətin artmasında əsas amillərdən biri Tesla səhmlərinin son altı ayda 39,4 faiz bahalaşmasıdır. Eyni zamanda Delaver Ali Məhkəməsinin 55 milyard dollarlıq bonus paketini təsdiqləməsi və Tesla səhmdarlarının yeni ödəniş planına dəstəyi bu yüksəlişi gücləndirib.

Analitiklərin fikrincə, SpaceX və xAI birləşməsindən sonra SpaceX-in dəyəri 1 trilyon, xAI-ın isə 250 milyard dollara çatıb. 2026-cı ildə planlaşdırılan SpaceX-in IPO-su baş tutarsa, Maskın sərvətinin 1 trilyon dollar həddini keçəcəyi gözlənilir.

Oxşar xəbərlər

Son xəbərlər