İlon Mask 111 milyard dollar itirdi

İlon Maskın sərvəti 17 dekabr 2024-cü ildən bəri 110,8 milyard dollar azalaraq 353,2 milyard dollara düşüb.
BAKU.WS "Forbes" jurnalına istimadən xəbər verir ki, buna onun "Tesla" şirkətinin səhmlərinin dəyərinin düşməsi səbəb olub.
Jurnal yazır ki, ABŞ prezidenti Donald Trampın Kanada və Meksika ilə ticarətə yeni tariflər tətbiq etməsindən, habelə Çin mallarına rüsumların artırılmasından sonra Tesla səhmləri 15 faiz ucuzlaşıb. Nəticədə İlon Mask bir gündə bir milyard yarım dollar itirib.
İlon Maskın şirkəti ABŞ-nin yeni tarifləri səbəbindən ciddi itkilərlə üzləşəcək. Çin Tesla-nın elektrik avtomobilləri üçün ikinci ən böyük bazarıdır və idxal olunan hissələrin əsas mənbəyidir. Forbes yazır ki, Tesla istehsalda Kanada komponentlərinə də güvənir ki, bu da tariflərin Maskın biznesinə təsirini artırır.
Oxşar xəbərlər
Moskvada 1995-dən bu yana ilk yaşanıb
Cümə axşamı, martın 6-da Moskvada havanın temperaturu yeni maksimuma çatıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Phobos hava mərkəzinin aparıcı mütəxəssi...
