İlber Ortaylının səhhəti pisləşdi
11
okt
2025
13:43
Professor, tanınmış tarixçi və yazıçı İlber Ortaylının səhhətində problemlər var.
BAKU.WS xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında bildirib.
"Etiraf edim ki, səhhətimdə yaşadığım bu narahatlıq o qədər şiddətli idi ki, əvvəlki narahatlıqlarıma heç birinə bənzəmirdi".
Tarixçi bu səbəblə Haliç Konqress Mərkəzində baş tutacaq bir sıra tədbirlərə qatıla bilməyib.
"Həkimlərimin məsləhətindən sonra qərara aldım ki, uzun bir səfər edib sizinlə görüşməyə gələ bilməyəcəm. Anlayışınıza və xoş sözlərə görə hamınıza ürəkdən təşəkkür edirəm" - deyə İlber Ortaylı əlavə edib.
Oxşar xəbərlər
Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb
PSJ-nin baş məşqçisi Luis Enrikenin qızı Sira Martines ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində iştirak edən avtomobildə olub. BAKU.WS xəbər verir ki, bu ba...