Hindistanda yük və sərnişin qatarı toqquşub
Hindistanın Çhattisqarh əyalətinin Bilaspur rayonunda yük və sərnişin qatarı toqquşub. Qəza nəticəsində altı nəfər ölümcül xəsarət alıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Məlumata görə, MEMU şəhərətrafı qatarı yük qatarının arxasına çırpılıb. Zərbənin gücü daha çox sərnişin qatarının birinci vaqonunda hiss edilib.
Toqquşma zamanı bir neçə vaqon relsdən çıxıb.
Qəza digər qatarların hərəkətini də pozub, bir neçə qatarın hərəkət istiqaməti dəyişdirilib və ya tamamilə ləğv edilib.
Hakimiyyət orqanları hadisənin səbəbini araşdırırlar.
Oxşar xəbərlər
İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı
İstanbulda seldə ölənlərin sayı 3-ə çatıb. BAKU.WS xəbər verir ki, çay kənarında kişi meyiti tapılıb. Hadisə Kağıthane rayonunda, Sadabad parkı yaxınlığında q...