Hindistanda turist qayığı qəzaya uğrayıb: Ölən və yaralananlar var
30
apr
2026
23:49
Hindistanın Qucarat ştatındakı Narmada çayında turist qayığının qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub, 15 nəfər itkin düşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qayığın göyərtəsində 35-40 nəfər olub.
İlkin məlumata görə, qayığın qəzaya uğramasına səbəb artıq yüklənmə ola bilər. Həmçinin qayığını əlverişsiz hava şəraiti səbəbindən aşması versiyası da nəzərdən keçirilir.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Oxşar xəbərlər
Şimali Kiprdə batan sərnişin gəmisinin kapitanı həbs edilib
Şimali Kipr Türk Respublikasının Girnə şəhəri sahillərində 267 nəfərin olduğu sərnişin gəmisinin batması ilə bağlı araşdırma çərçivəsində kapitan həbs edilib. B...