Hindistanda sel fəlakəti: Ölənlərin sayı 61-ə çatdı

Hindistanda sel fəlakəti: Ölənlərin sayı 61-ə çatdı
Dünya 7

Hindistanın Assam ştatında aramsız yağan leysan yağışların yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı artıb.

BAKU.WS xəbər verir ki, bu barədə Hindistan mətbuatı Assam Ştatı Fəlakətlərin İdarə Edilməsi Agentliyinə (ASDMA) istinadən məlumat yayıb.

Qurumun açıqlamasına görə, son sutka ərzində daha 14 nəfərin həyatını itirməsi ilə ölənlərin sayı 61-ə yüksəlib.

Rəsmilər bildiriblər ki, güclü yağışların səbəb olduğu daşqınlar yaşayış məntəqələrinə ciddi ziyan vurub. Bölgədə xilasetmə və yardım işləri davam etdirilir, vəziyyət nəzarətdə saxlanılır.

Yerüstü və hava şəraitinin əlverişsiz olması səbəbindən bəzi ərazilərdə əməliyyatların aparılması çətinləşib. Səlahiyyətli qurumlar əhalini ehtiyatlı olmağa və zərurət olmadıqca riskli ərazilərə getməməyə çağırıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər