Hindistanda ölümcül virus yayılır: 22 uşaq həyatını itirib
Hindistanda Çandipura virusunun yayılması ciddi narahatlıq yaradıb. İndiyədək virus səbəbindən 22 uşağın həyatını itirdiyi açıqlanıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, artan yoluxma halları ilə əlaqədar ölkədə milli səhiyyə müdaxilə qrupu fəaliyyətə başlayıb. Mütəxəssislər virusun yayıldığı ərazilərdə araşdırmalar aparır, təmasda olmuş şəxsləri müəyyənləşdirir və xəstəliyin qarşısının alınması istiqamətində tədbirlər görürlər.
Səhiyyə rəsmilərinin məlumatına görə, Çandipura virusu əsasən qum milçəkləri, həmçinin ağcaqanadlar və gənələr vasitəsilə yayılır.
Vətəndaşlara həşərat dişləmələrindən qorunmaq, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə olunduğu halda isə dərhal tibb müəssisələrinə müraciət etmək tövsiyə olunub.
Oxşar xəbərlər
İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı
İstanbulda seldə ölənlərin sayı 3-ə çatıb. BAKU.WS xəbər verir ki, çay kənarında kişi meyiti tapılıb. Hadisə Kağıthane rayonunda, Sadabad parkı yaxınlığında q...