Hindistanda daşqın qurbanlarının sayı 78-ə yüksəldi

Hindistanda daşqın qurbanlarının sayı 78-ə yüksəldi
Dünya 40

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Assam Ştatının Fəlakətlərin İdarə Edilməsi İdarəsi (ASDMA) məlumat yayıb.

Qurumun açıqlamasına görə, son olaraq daha üç nəfərin meyiti tapılıb. Hazırda fəlakət bölgəsində axtarış-xilasetmə və humanitar yardım əməliyyatları davam etdirilir.

Assamın baş naziri Himanta Bisva Sarma bildirib ki, təbii fəlakət 1,1 milyondan çox sakinə təsir göstərib. Onun sözlərinə görə, hazırda səkkiz nəfər itkin düşmüş hesab olunur.

Bölgədə zərərçəkənlər üçün 1718 müvəqqəti sığınacaq və yardım mərkəzi fəaliyyət göstərir.

Hindistan Meteorologiya Departamenti isə yaxın 3-4 gün ərzində Assamın müxtəlif ərazilərində güclü və çox güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq edib.

Yerli hakimiyyət orqanları sakinləri ehtiyatlı olmağa və zəruri olmadığı halda səfərlərdən çəkinməyə çağırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər