Hindistanda aviayanacaq qiymətləri iki dəfədən çox artıb
Hindistanda mart ayında aviayanacağın qiyməti iki dəfədən çox artaraq son illərin maksimum səviyyəsinə çatıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bahalaşma qlobal neft qiymətlərinin artması fonunda baş verib. Buna səbəb isə Hörmüz boğazında gəmiçiliyin məhdudlaşmasıdır.
Məlumata görə, mart ayında Hindistanda aviayanacağın qiyməti 1000 litr üçün 200 min rupidən (təxminən 2,13 min dollar) yuxarı qalxıb. Müqayisə üçün qeyd olunur ki, İranla bağlı gərginlikdən əvvəl bu göstərici 96,6 min rupi səviyyəsində idi.
Qiymət artımı fonunda ölkədə aviabiletlərin də bahalaşacağı proqnozlaşdırılır.
Bundan əlavə, Hindistanda mayeləşdirilmiş qaz idxalında da problemlər yaranıb. Bu yanacaq gündəlik məişətdə, xüsusilə yemək hazırlanmasında istifadə olunur. Təchizatdakı çətinliklər restoran və otel sektoruna mənfi təsir göstərib.
Ekspertlərin qiymətləndirməsinə görə, ölkənin mövcud yanacaq ehtiyatları aprelin sonuna qədər kifayət edə bilər. Daha sonra isə enerji böhranının dərinləşməsi ehtimal olunur.
Oxşar xəbərlər
Bu üsulla xroniki stress səviyyəsini məyyənləşdirmək mümkündür
Xose Manuel Feliçes adlı radioloq stress səviyyəsini təyin etmək üçün üç saniyəlik test təklif edib. BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, o bu üç san...