Hakan Fidan Suriyadakı hadisələrə REAKSİYA verdi
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriyadakı mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında ölkəsinin Suriyanın ərazi bütövlüyünü qorumağa önəm verdiyini vurğulayıb.
BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.
O, bildirib ki, Suriyadakı milyonlarla qaçqın öz vətənlərinə qayıda bilərlər və ölkənin yenidən qurulması üçün yeni bir administrasiya qurulmalıdır. Bu prosesin inklüziv olmasının vacibliyini bildirib.
Nazir həmçinin, yeni hökumətin bütün tərəfdarları əhatə etməsi və dövlət strukturlarının qorunmasının vacib olduğunu vurğulayıb. O, Suriyanın qeyri-sabitliyə doğru irəliləməməsi üçün tərəfləri diqqətli və təmkinli olmağa çağırıb. Fidan, İŞİD və PKK kimi qrupların yaranan vəziyyətdən istifadə etməməsi üçün Türkiyənin əlindən gələni edəcəyini bildirib və terrorizmə qarşı mübarizənin davam edəcəyini qeyd edib.
Nəticə etibarilə, Fidan Türkiyənin Bəşər Əsədlə heç bir əlaqəsinin olmadığını, həmçinin Əsədin harada olduğu barədə heç bir məlumata sahib olmadıqlarını da bəyan edib.
Oxşar xəbərlər
Təyyarə qəzasında xəsarət alanlardan səkkizi süni tənəffüs aparatına qoşulub
Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyy...